• Təhsil

Dövlət vəsaiti hesabına təhsil alanların sayı artırılacaq

182
4-05-2019, 13:10

Yeni tədris ili üçün ali məktəblərdə dövlət sifarişli tələbə qəbulu yerlərinin sayı 65 faiz artırılacaq. Baku.News-un məlumatına görə, bunu təhsil nazirin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, gələcəkdə ali təhsil müəssisələrinə tələbə qəbulu üçün dövlət sifarişli yerlərin sayının artırılması nəzərdə tutulur:


“Yaxın günlərdə bununla bağlı təklif hökumət tərəfindən təsdiq ediləcək. Hər il tələbə qəbulu üçün təxminən 12 300 dövlət sifarişli yer təsdiq olunurdusa, 2019-2020-ci tədris ilində bu göstərici 20 400-ə yaxın olacaq. Bu isə 65 faizə yaxın artım deməkdir. Bu artımla daha 8 minə yaxın tələbə dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil almaq imkanı əldə edəcək.

FACEBOOK ŞƏRH YAZ