• Təhsil

Bakıda birinci sinfə qəbul üçün müraciətin sayı açıqlandı

287
29-04-2019, 10:57

Aprelin 29-na olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 38 443 sorğu yerləşdirilib. Baku.News xəbər verir ki, oxu.Az-ın məlumatına görə, onlardan 35 145-i ümumi təhsil məktəblərini, 3 298-i isə lisey və gimnaziyaları seçib.


Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır. 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib.
2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.

FACEBOOK ŞƏRH YAZ