• Təhsil

Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib

108
4-04-2019, 09:27

2019-cu il aprelin 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin kompüter zalında məktəbin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları üzrə otk.az portalı vasitəsilə ödənişsiz onlayn sınaq imtahanları keçirilib.

DİM-dən Baku.News-a verilən məlumata görə, onlayn sınaq imtahanlarının başlanması, gedişi və başa çatdırılması prosesi real vaxt rejimində DİM-dən – onlayn imtahanların idarəolunması mərkəzindən həyata keçirilib.

İmtahan saat 11.00-da başlayıb və 3 saat müddətində aparılıb. Abituriyentlər onlayn imtahanı başa çatdıran kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olublar. Həmçinin məktəbin kitabxanasına DİM tərəfindən 9 və 11-ci siniflərin buraxılış imtahanlarına daha səmərəli hazırlaşmaları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış "Abituriyent" jurnalının xüsusi buraxılışları hədiyyə edilib.

FACEBOOK ŞƏRH YAZ