• Təhsil • Elm

“Arximed 19” - “Axına qarşı”

410
14-11-2019, 09:36

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Arximed 19” layihəsi çərçivəsində şəxsi inkişaf seminarı keçirilib.

“Axına qarşı” mövzusunda keçirilən seminarın əsas məqsədi gənclərin həyatda qazandıqları uğurların dəyərləndirilməsidir.

AzTU-nun rektoru, professor Vilayət Vəliyev iştirakçıları salamlayaraq tələbələrə təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə fəaliyyət sahələrində uğur qazanmış tanınmış şəxslər-Aytən Səfərova, Nəsimi Paşayev, Cəlalə Nəzəroğlu, Orxan Şahbaz və Vüqar Zifəroğlu öz təcrübələrini bölüşüb, həyat hekayələrindən bəhs ediblər.

Sonda layihə rəhbərləri və spikerlərə sertifikatlar təqdim edilib.

“Arximed 19” - “Axına qarşı”







FACEBOOK ŞƏRH YAZ