• Sosial • Kriminal

Bakıda 74 nəfərə qarşı dələduzluq edən türkiyəli iş adamının məhkəməsi başladı

115
2-05-2019, 17:01

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Baku.News-un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası mayın 8-nə təyin edilib.

İttihama görə, "Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.

İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə 74 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

FACEBOOK ŞƏRH YAZ