• Sosial

Nazir müavini: Hər gün on minlərlə fermer qeydiyyatdan keçir

110
26-04-2019, 15:40

Ölkəmizdə elektron kənd təsərrüfatı informasiya sistemi qurulub. Hər gün on minlərlə fermer qeydiyyatdan keçir. Hədəflənir ki, ilin sonuna kimi bütün fermerlər elektron kənd təsərrüfatı informasiya sistemində olsun. Baku.News yazır ki, oxu.Az-ın xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib. Nazir müavini bildirib ki, bizim fermerlərin internetə, sosial şəbəkələrə əlçatanlığı o qədər də çox deyil. “Bunu qəbul etməliyik. Hazırda müasir dünyanın gedişatı, bir çox başqa amillər tələb edir ki, elektron alətləri bu sahədə də istifadə edək”, - deyə o əlavə edib.

FACEBOOK ŞƏRH YAZ