• Sosial

Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır

143
23-03-2019, 12:12

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə həmin reysə dəyişiklik edib.

Baku.News xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 25.03.2019-cu il tarixində Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir. Qatar Gəncədən saat 18:00-da yola düşəcək və saat 22:15-də Bakıya çatacaq.

FACEBOOK ŞƏRH YAZ