• Siyasət • Dünya

Putini təhqir edən jurnalist işdən çıxarıldı

285
8-07-2019, 19:44

Gürcüstanın müxalif “Rustavi 2” telekanalının aparıcısı Giorgi Qabunia iki ay müddətinə işdən azad olunub.

BAKU.NEWS xəbər verir ki, bu barədə kanal rəhbərliyi qərar qəbul edib.

Qeyd edək ki, Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya Prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı qalmaqala səbəb olub.

FACEBOOK ŞƏRH YAZ