• Siyasət

Əli Əhmədov: “YAP-ın 740 min nəfər üzvü var”

172
20-05-2019, 12:40

“Bu gün YAP-ın 740 min nəfər üzvü var. Partiyamızda xeyli sayda Azərbaycanın tanınmış mədəniyyət işçisi təmsil olunur”. Baku.News xəbər verir ki, ONA-nın məlumatına görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, YAP təkcə siyasi fəaliyyət göstərmir: “Fəaliyyətinin bir qolunu mədəniyyət və incəsənətlə bağlı sahə təşkil edir. YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır”.

Ə. Əhmədov bildirib ki, YAP Mədəniyyət Nazirliyi ilə birlikdə tədbirlər həyata keçirəcək: “Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevlə danışıqlar aparılıb. Tədbirlərin bir hissəsi də “Nəsimi ili” ilə bağlı olacaq. YAP-ın üzvü olan gənc müğənnilərin konsertləri nəzərdə tutulur. Həmçinin nazirliklə birlikdə teatrlarda, muzeylərdə görüşlərin keçirilməsi nəzərdə tutulur”.

FACEBOOK ŞƏRH YAZ