• Siyasət • Dünya

Facebook Ayətullah Xameneinin səhifəsini bağlayıb

361
6-12-2019, 17:22

Facebook İran İslam İnqilabının lideri Ayətullah Xameneinin sosial şəbəkədə olan səhifəsini bağlayıb.

Facebook bu gün Ayətullah Xameneinin ərəb dilində fəaliyyət göstərən və izləyiciləri 100 mini keçən səhifəsini bağlayıb.

Qeyd edək ki, bundan öncə Twitter və İnstagram da "Khamenei.ir"-in rəsmi səhifələrini bir neçə dəfə bağlayıb.

Facebook cari ilin mayında İranın müxtəlif dövlət adamları, dini və ictimai qurumlarına eləcə də fiziki şəxslərinə aid 36 tanınmış səhifəni bloklayıb.

Xatırladaq ki, bir sıra Fələstin Hüquq Təşkilatları da eyni problemlə üzləşdiklərini, İsrail, ABŞ və Səudiyyə Ərəbistanı siyasətini tənqid edən hüquqi və fiziki şəxslərin sosial şəbəkələrdə olan səhifələrinin tez tez bağlandığını bildirirlər. (SalamNews)

FACEBOOK ŞƏRH YAZ