• Siyasət

Prezident büdcədən 7 milyon manat ayırdı - SƏRƏNCAM

8 092
16-10-2019, 18:06

Prezident İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

BAKU.NEWS xəbər verir ki, sərəncama əsasən, Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”nin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 7 milyon manat ayrılıb. Nazirlər Kabineti və Maliyyə Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

FACEBOOK ŞƏRH YAZ