• Siyasət • Qarabağ

Azərbaycan və Ermənistan XİN başçıları Slovakiyada görüşə bilərlər

8 161
16-10-2019, 16:06

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ilin dekabr ayında görüşə bilərlər.

BAKU.NEWS-un “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

O qeyd edib ki, razılaşma olacağı təqdirdə, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü dekabrda Slovakiyanın paytaxtı Bratislavada ATƏT-in xarici işlər nazirlərinin iclası zamanı baş tuta bilər.

FACEBOOK ŞƏRH YAZ