• Siyasət • Qarabağ

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün əlimizdən gələni edəcəyik -Ərdoğan

9 267
15-10-2019, 14:29

Ankara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün əlindən gələni edəcək.

BAKU.NEWS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşündə bəyan edib.

"Bu çalışırıq ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllini tapsın", Ərdoğan deyib.

Qeyd edək ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti keçirilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edir.

FACEBOOK ŞƏRH YAZ