• Siyasət

MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçiriləcək

18 035
12-10-2019, 13:19

MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası oktyabr ayının sonlarında Bakıda keçiriləcək.

BAKU.NEWS-un məlumatına görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə bildirib.

Müdafiə naziri müşavirədə oktyabr ayınının axırlarında Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

FACEBOOK ŞƏRH YAZ