• Siyasət • Dünya

Ərdoğan Suriyada yeni hərbi əməliyyatın başladığını elan etdi

9 419
9-10-2019, 17:34

Türkiyə Silahlı Qüvvələri Suriyaya daxil olub.

BAKU.NEWS-un xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib ki, Türkiyə ordusu Suriyanın şimalında, Fərat çayının şərqində hərbi əməliyyatlara başlayıb.

“Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" (Barış Pınarı) adlı hərbi əməliyyatlara başlayıb. Məqsədimiz cənub sərhədlərimizdəki terror dəhlizini məhv etmək və regiona sülh gətirməkdir”, - deyə Türkiyə Prezidenti qeyd edib.

FACEBOOK ŞƏRH YAZ