• Siyasət • Dünya • İdman

Teymur Rəcəbovun rəqibi: "Qalib gəlmək üçün heç bir şans görmədim"

6 559
3-10-2019, 18:08

Azərbaycan şahmatçısı Teymur Rəcəbovla çinli rəqibi Dinq Liren Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda dördüncü - sonuncu final görüşündəki heç-heçələrini şərh ediblər.

BAKU.NEWS-un məlumatına görə, Rəcəbov görüşün heç-heçə başa çatmasına çalışdığını deyib: “Heç-heçəni elə formada etməyə çalışırdım ki, rəqibin heç bir şansı olmasın. Fikrimcə, yetərincə dəqiq oynadım və partiya necə lazım idisə, elə də bitdi”.

Liren isə heç-heçəni qanunauyğun sonluq adlandırıb: “Bu gün matç boyu qüvvələr tamamilə bərabər idi. Rəqib bütün həmlələri yaxşı dəf etdi. Qalib gəlməyim üçün heç bir şans görmədim. Heç-heçə qanunauyğun sonluqdur. Sabah edə biləcəyim yeganə şey daha yaxşı oynamaqdır”.

Qeyd edək ki, ümumi hesabda (2:2) qalib müəyyənləşmədiyindən, oktyabrın 4-də "tay-breyk" olacaq. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

FACEBOOK ŞƏRH YAZ