• Siyasət • Dünya

Merkel növbəti dəfə siyasətdən gedəcəyi vaxtı açıqladı

111
13-08-2019, 22:29

Almaniya kansleri Angela Merkel növbəti dəfə böyük siyasətdən gedəcəyi vaxtı açıqlayıb.

BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, kansler bu barədə “Ostsee-Zeitung” qəzetinin oxucuları ilə görüşündə deyib.

O bildirib ki, 2021-ci ildə keçiriləcək növbəti Bundestaq seçkilərindən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmayacaq.

“Əlbəttə, mən yenə siyasi şəxs olaraq qalacağam, amma aktiv siyasi fəaliyyətlə məşğul olmayacağam”, - deyə Merkel qeyd edib.

Xanım kansler həmçinin Avropa Birliyi səviyyəsində fəaliyyətinə davam edəcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, Angela Merkel 2018-ci ilin sonunda Xristian Demokrat Birliyinin sədri vəzifəsindən istefa versə də, kansler olaraq vəzifəsində qalıb.

FACEBOOK ŞƏRH YAZ