• Şou-biznes • Hadisə

Bank Zülfiyyə Xanbabayevanı məhkəməyə verib? - AÇIQLAMA

403
17-05-2019, 12:50

Bir müddət əvvəl “Bank of Baku” ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verib. İddia olunur ki, bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva da var.

Məlumata görə, bankın müraciəti ilə bağlı hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırmalar aparılır və proses davam edir. Baku.News xəbər verir ki, Zülfiyyə Xanbabayeva məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında iddiaların əsassız olduğunu söyləyib: “Bu, yalandan başqa bir şey deyil. Dezinformasiyadır. Dünya dərəbəylikdir? Belə bir şey yoxdur. Siz ki məni tanıyırsınız...”.

FACEBOOK ŞƏRH YAZ