• Şou-biznes

Bəstəkar reperə “Ay can” dedi (VİDEO)

8 032
16-10-2019, 18:05

Bir çox sevilən mahnıların bəstəkarı və artıq müğənni kimi solo fəaliyyət göstərən Sevinc Ağasıyeva tanınmış reper ProMete ilə duet layihəsini təqdim edib.

BAKU.NEWS xəbər verir ki, yeni mahnı “AY CAN” adlanır. Pozitiv musiqisi və sözləri olan mahnıya maraqlı fotosessiya da edilib. Cover video ilə youtube kanalında yer alan “AY CAN”ı həm də radiolarda dinləmək mümkündür. Yaxın günlərdə mahnıya çəkilən klip də tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Sevinc Ağasıyeva məşhur “Əziz müəllimim”, həmçinin xalq artistləri Aygün Kazımovanın repertuarında səslənən “Mən gəlirəm”, İlqar Muradovun ifa etdiyi “Hərdən” mahnılarının müəllifidir.

Bundan başqa “Mələyin öpüşü”, “Sevgi romanı” bədii filmlərinin, “Lal yuxu” serialının musiqiləri də Sevinc Ağasıyevaya aiddir. Sənətçi hazırda SİVVA səhnə adı ilə çıxış edir.

FACEBOOK ŞƏRH YAZ