• Şou-biznes • Hadisə

Gənc aktrisa bal ayında öldü - Fotolar

263
28-07-2019, 19:20

Belarus aktrisası Vikroriya Nikonova Alyaskada dünyasını dəyişib.

BAKU.NEWS “Krivoye zerkalo” internet qəzetinə istinadən xəbər verir ki, həyat yoldaşı Pötr Markelovla bal ayına yollanan aktrisa çayda boğulub. Belə ki, cütlük Teklanik çayının üstündən təhlükəsizlik kəndirinin köməkliyi keçən vaxt Viktoriya gözlənilmədən müvazinətini itirib və suya düşüb. Pötr onun cansız bədənini həmin yerdən 30 metr aralıda aşkar edib.

Qadının ölüm faktı ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, aktrisa tamaşaçıların yaddaşında daha çox “Brest qalası” filmində yaratdığı obrazla qalıb. 24 yaşlı aktrisa orada 13 yaşlı qızın obrazını canlandırıb. Gənc aktrisa iyulun 1-də ailə həyatı qurmuşdu.

Gənc aktrisa bal ayında öldü - Fotolar



FACEBOOK ŞƏRH YAZ