• Səhiyyə • Kriminal • Hadisə

Bakıda baş verən avtobus qəzasında yaralanan şəxs ölüb

49
24-09-2019, 10:33

Ötən gün Bakıda 149 saylı xətt üzrə hərəkətdə olan avtobusun qəzaya düşməsi nəticəsində yaralanan şəxs ölüb.

BAKU.NEWS-un APA-ya istinadən məlumatına görə, sentyabrın 23-də paytaxtın Qaradağ rayonu ərazisində 149 nömrəli müntəzəm marşrut xəttinin qəza etməsi nəticəsində yaralanan, 1934-cü il təvəllüdlü Rəsulov Nüsrət Sahibcan oğlu Kliniki Tibbi Mərkəzdə ölüb.

FACEBOOK ŞƏRH YAZ