Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “The real truth about Karabakh history” adlı layihə həyata keçirilir.
BAKU.NEWS bildirir ki, layihənin əsas məqsədi gənclər arasında Qarabağ tarixi haqqında məlumatlılığı artırmaqla, beynəlxalq səviyyədə maarifləndirici material hazırlamaqdır.
Ölkənin prioritet istiqamətlərini hər zaman öz layihələrində nəzərə alan “Odlar Yurdu” Gənclər İB layihəni icra etməklə Qarabağla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağı hədəfləyib.
Layihə gənclər arasında Qarabağ tarixi haqqında məlumatlılığı artırmaqla beynəlxalq səviyyədə maarifləndirici material hazırlamağa yönəlib. Beləki layihə çərçivəsində sənədli film istehsal olunur. Film tarixi faktlara əsaslanmaqla təkcə Azərbaycanın yox, həm də dünya tarixçilərinin bu barədə araşdırmalarını özündə əks etdirəcək.
Filmin Bakı və digər rayonlarda nümayiş etdirilməsi planlaşdırılır. Ölkədaxili təqdimatlar başa çatdıqdan sonra film türk, rus və ingilis dillərinə dublaj olunaraq Türkiyə, Gürcüstan, Polşa, Çexiya, Rumunya, İtaliya, Ukrayna və s. kimi ölkələrdə nümayiş etdiriləcək. O cümlədən 2021-ci il ərzində baş tutacaq beynəlxalq film festivallarında da filmin nümayişi nəzərdə tutulur.
• Mədəniyyət
• Qarabağ
Qarabağa aid sənədli film istehsal olunur

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
"Türk Hava Yolları" ötən ili zərərlə başa vurub
-
Nigar Arpadarainin əvəzinə yeni təyinat oldu
-
Rayon rəhbəri döyüşçülərlə görüşdü
-
“PAŞA Holdinq”ə yaxın yeni şirkət yaradılıb
-
“Azərişıq” qəzaları dronlar vasitəsilə aşkar edəcək - VİDEO
-
İbrahimoviç ən az 10 gün yaşıl meydanlardan uzaq qalacaq
-
"8 Mart"da məktəblərdə pulyığılması ilə bağlı nazirlikdən açıqlama
-
Ərdoğan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı asanlaşdıran sazişi təsdiqlədi
-
Yaponiyanın ən yaşlı şahzadəsi xəstəxanalıq oldu
-
Bakıda 31 yaşlı qadın bıçaqlandı
-
YAP-ın tərkibi yenilənir - Növbədənkənar qurultayın tarixi açıqlandı
-
İnstaqramda yeni funksiya