• Mədəniyyət

Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert keçirilib

629
25-06-2021, 20:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü münasibətilə bayram konserti keçirilib.

BAKU.NEWS bildirir ki, Daşqın Sabiroğlunun aparıcılığı ilə keçən konsertdə xanəndə Mirələm Mirələmov, Aşıq Əli Quliyev, müğənnilərdən Rövşən Əsgərzadə, Tahir Quliyev, Amil Babayev, Asif Xasan oğlu, Aygün Ağayeva, Elvin Babazadə rəngarəng musiqi nömrələri ilə, “Aysel” rəqs ansamblı isə zərif milli rəqslərimizlə şəxsi heyətin zövqünü oxşayıb.

Tədbirdə əsas məqsəd şəxsi heyətin mədəni-asudə vaxtının səmərəli təşkil etmək, onlarla qələbə sevincli bu bayramı paylaşmaqdır.
Konsertin yekununda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi tərəfindən tədbir iştirakçılarına Fəxri Fərmanlar təqdim edilib.

FACEBOOK ŞƏRH YAZ