• Mədəniyyət

“Qu gölü” Beynəlxalq Qadınlar Günü münasibətilə göstəriləcək

114
26-02-2019, 23:35

Martın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti nümayiş ediləcək.

Baku.News AZƏRTAC-a istinadən bildirilib ki, baletsevərlər tərəfindən hər dəfə böyük maraqla qarşılanan bu səhnə əsəri bu dəfə 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.

Əsas rollarda balet truppasının aparıcı solistləri Ayan Eyvazova (Odetta-Odilliya), Əməkdar artistlər Makar Ferştandt (şahzadə Ziqfrid) və Samir Səmədov (Rotbart) çıxış edəcəklər. Səhnə əsərində, həmçinin solistlərdən Elmira Süleymanova, Səbinə Hacıdadaş, Samirə Məmmədova, Leyla Narimanidze, Dilarə Mehdiyeva, Dinara Şirinova, Kamran Qurbanov da iştirak edəcək.

Balet Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

FACEBOOK ŞƏRH YAZ