Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Youtube" kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilmiş proqram yayımlanıb.
BAKU.NEWS xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qüdrətli söz və fikir ustadının anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi ilə bağlı Sərəncam verdiyini xatırladan onlayn proqramın aparıcısı, Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkının qonağı Almaniyada yaşayan yazıçı Orxan Aras olub.
Nizami Gəncəvinin qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaratdığı barədə ətraflı məlumat verən Orxan Aras bildirib ki, görkəmli şairin "Xəmsə"si dünya ədəbiyyatına ciddi təsir edib, böyük ədəbi məktəbin bünövrəsini qoyub. Bunu Məhəmməd Füzulinin, Cəlaləddin Rumi Mövlanənin, Əlişir Nəvainin, Sədi Şirazinin və digər klassik şair və mütəfəkkirlərin əsərlərindən hiss etmək olur. Onun üslubunun, parlaq xitabətinin Avropanın Dante, Şekspir, Höte və Şiller kimi dahi şairlərin üslubu ilə müqayisə olunduğu vurğulanıb.
Tədbir zamanı N.Gəncəvinin Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, poemalarının bədii məziyyətləri, humanist ideyaları barədə danışılıb. Müzakirələrdə Nizami Gəncəvinin əsərlərinin bir çox müasir Avropa şərqşünaslarının da yaradıcılıq fəaliyyətinə müsbət təsirindən söhbət açılıb.
Nizami Gəncəvinin insanları daimi əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin irs qoyub getdiyi qeyd edilib, diaspor təşkilatlarının və soydaşlarımızın yaşadıqları ölkələrdə dahi şairin yaradıcılığını dərindən öyrənmələrinin və təbliğ etmələrinin vacibliyi bildirilib.
• Mədəniyyət
Haaqada Nizami Gəncəvidən proqram yayımlanıb

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Azərbaycanda COVID-19-dan ölənlərin sayı 4045 nəfərə çatıb
-
İndiyədək ölkədə 3068679 koronavirus testi aparılıb
-
Son sutkada 2317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
-
ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edib
-
Bakıda daha bir müəllim koronavirusdan vəfat edib
-
Azərbaycanın tibbi maska ehtiyatı açıqlanıb
-
Aydan ərə getdi
-
Balakəndə tənha qadının evinə silahlı basqın edildi
-
Azərbaycanda bankomatlar vasitəsilə əməliyyatlar artıb
-
"YAŞAT" daha bir şəhidin yeni doğulan övladına hesab açacaq
-
Azərbaycanda 39 yaşlı şairə xərçəngdən vəfat edib
-
Nazirlər Kabinetindən büdcə gəlirləri ilə bağlı QƏRAR