Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə görkəmli ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı, türkoloq Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunur.
Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan ədəbiyyatının xaricdə təbliği ilə məşğul olan, eləcə də dünya ədəbi nümunələrini dilimizə çevirmiş, həmçinin ədəbi əlaqələr sahəsində mühüm işlər görmüş bir qrup tərcüməçi, naşir və ədibə XX əsr Azərbaycan siyasi fikrində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun adını daşıyan diplom və pul mükafat təqdim edəcək.
Baku.News xəbər verir ki, Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu AZƏRTAC-a bildirib ki, mükafatçılar sırasında Söhrab Sipehrinin “Suyun ayaq səsi” şeirlər kitabının tərcüməsinə görə filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Tomas Sternz Eliotun “Bəhrəsiz torpaq” şeirlər və araşdırmalar toplusuna görə professor Cavanşir Yusifli, “Dünya ədəbiyyatı” dərgisinin hazırlanmasına və nəşrinə görə ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli, Azərbaycan ədəbiyyatı nümunələrinin polyak dilinə tərcüməsinə görə tərcüməçi İlahə Kərimova və Azərbaycan ədəbiyyatı nümunələrinin İranda təbliği və nəşri işinə görə naşir Səid Muğanlı da var.
Mükafatlar may ayının sonuncu həftəsi təqdim ediləcək.
• Mədəniyyət
• Elm
Yazıçılar Birliyi tərcüməçiləri mükafatlandırıb

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
Daşkəsəndə silahlı şəxslər ələ keçdi
-
Koronavirusla bağlı SON STATİSTİKA
-
“Google” Avstraliyada internet axtarış sistemini bağlaya bilər
-
Nərmin Həsənova yeni şəxsi biznes qurub
-
Azad Rəhimovun komaya düşmə xəbərinə nazirlikdən açıqlama gəldi - YENİLƏNİB
-
İctimai nəqliyyat iki gün işləməyəcək
-
Ermənistanın baş virusoloqu ölkədən qaçdı
-
Peyvənddən sonra immunitet neçə gün müddətində yaranır?
-
Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanılıb
-
Bill Qeyts koronavirusa qarşı peyvənd olundu
-
Baş Prokurorluq Masallıdakı əməliyyatla bağlı məlumat yaydı