• Mədəniyyət

“CinemaPlus” sosial videoçarx hazırlayıb - FOTO/VİDEO

2 827
30-07-2020, 16:18

Bugünki vəziyyəti nəzərə alaraq “CinemaPlus” kinoteatrı sosial videoçarx hazırlayıb.

BAKU.NEWS xəbər verir ki, videoçarx bu çətin anlarda insanların həyatını xilas etmək üçün güclərini əsirgəməyən həkimlərə və Vətən uğrunda canlarını qurban vermiş Azərbaycanın layiqli övladlarının ailələrinə dəstək məqsədilə çəkilib.

Prodüser və ideya müəllifi Nərmin Həsənova, rejissor və ssenari müəllifi Nicat Qədimli, operator Soltan İbrahimov, fotoqraf Rauf Mehin, köməkçi Bella Ağazadə, işıq Rəşad Akifoğlu,stilist-makiyaj sənətçisi Nura Babaevadır.

Baş rollarda Oksana Rəsulova, Rəşad Kəsəmənli və Zahid Əhmədov çəkilib.

Videoçarxın ərsəyə gəlməsində “Light in Black " kreativ şirkəti, “Həyat” klinikası və yerli tibbi istehsal müəssisəsi “GİLL MED” MMC yaxından iştirak edib.










FACEBOOK ŞƏRH YAZ