• Mədəniyyət

Bakıda 3-cü Beynəlxalq M.A.P Teatr Festivalının açılışı olub

9 434
10-10-2019, 19:15

Bu gün Bakıda 3-cü Beynəlxalq M.A.P Teatr Festivalının açılışı olub

BAKU.NEWS xəbər verir ki, oktyabrın 20-dək YARAT Müasir İncəsənət Məkanı Bakcell şirkətinin tərəfdaşlığı ilə Bakıda 3-cü Beynəlxalq M.A.P Teatr Festivalı keçiriləcək.

Keçirilən mətbuat konfransında məlumat verilib ki, festivalda Sankt-Peterburqun "Kukolnıy dom , Avropa Teatrı, Yeni Riqa Teatrı ilə yanaşı, Macarıstan, Böyük Britaniya, İsrail, İspaniya, Latviya və Finlandiyadan gəlmiş Teatr truppaları çıxış edəcək. On gün davam edən Festival çərçivəsində azərbaycanlı teatrsevərlərə maraqlı tamaşalar nümayiş olunacaq.

Bu il festivalda Y. Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), Yeni Riqa Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), dünyaca məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək.

FACEBOOK ŞƏRH YAZ