• Mədəniyyət

UNESKO-da Nəsiminin yubileyi münasibətilə muğam konserti keçiriləcək

9 602
9-10-2019, 14:38

Oktyabrın 16-da UNESKO-nun Parisdəki qərargahında “Bahariyya” adlı muğam konserti keçiriləcək.

BAKU.NEWS xəbər verir ki, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyi tərəfindən təşkil edilən bu tədbir dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, böyük şairin 650 illiyinin geniş qeyd edildiyi 2019-cu il Nəsim ili elan olunub.

FACEBOOK ŞƏRH YAZ