• Mədəniyyət • Şou-Biznes

Məmmədova bacılarının konserti təxirə salınır?

2 903
30-09-2019, 12:08

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ailəsində baş verən bədbəxt hadisə onların oktyabr ayında nəzərdə tutulan solo konsertinə heç bir təsir etməyəcək.

BAKU.NEWS xəbər verir ki, bu barədə Kult.az-a xalq artisti Gülynaq Məmmədova məlumat verib. O bildirib ki, bacılarının həyat yoldaşının vəfatı onların ailəsini dərindən kəndərləndirib, lakin bu tədbirin vaxtı, məkanı daha öncədən müəyyənləşdirildiyindən və tamaşaçılara elan olunduğundan, konsert proqramı təxirə salınmayacaq.

“Xeyir və şər qardaşdır. Biz sənətçilərin isə bir gözümüz ağalayanda bir gözümüz daim gülüb, çünki bizim şəxsi problemlərimizin, dərdlərimizin tamaşaçıya heç bir aidiyyəti yoxdur. Biz bunu səhnəyə yansıtmalı deyilik”, - Gülyanaq Məmmədova deyib.

Xatırladaq ki, xalq artistlərinin konserti oktyabrın 30-da Heydər Əliyev Sarayında keçirilicək. “İki qəlbin nəğməsi” adlı konsert proqramı saat 19:00-da başlayacaq.

Həmçinin qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədovaların yeznələri Mövsüm Məmmədkərimov sentyabr ayının 24-də Yevlax rayonunda baş verən avtomobil qəzasında həyatını itirib. Hadisə zamanı xalq artistlərinin bacısı uşaqları Əli və Mahal Məmmədkərimovlar yaralanıb.

FACEBOOK ŞƏRH YAZ