• Kriminal • Hadisə

Bakıda Hindistanlı iş adamlarının şirkətlərindən 220 min manatlıq oğurluq olub

114
25-05-2019, 12:33

Bakıda Hindistan vətəndaşlarına məxsus şirkətlərdən oğurluq olub.

Baku.News-un “Report”-a istinadən xəbərinə görə, iş adamları - “Marvel Group” MMC-nin rəhbəri Paul Boney və “Megamax” MMC-nin rəhbəri Vimal Koyithanata hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2018-ci ilin fevralından 2019-cu ilin mayına kimi olan müddətdə Binəqədi rayonunda yerləşən P.Boneyə məxsus şirkətdən 100 min, V.Koyithanatha məxsus şirkətdən 120 min dəyərində televizor, soyuducu, kondisioner oğurlanıb.

Hindistanlı iş adamları orada işləyən 5 kişi satıcıdan şübhələndiklərini deyib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, “Marvel Group” və “Megamax” şirkətləri məişət texnikasının topdan və pərakəndə satışı ilə məşğul olur.

FACEBOOK ŞƏRH YAZ