Kapital Bank işğaldan azad olunan ərazilərdə bank infrastrukturunun bərpası istiqamətində işlər həyata keçirməyə davam edir. Belə ki, Qubadlı rayonunun Xanlıq kəndində fəaliyyət göstərən marketlərin birində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.
BAKU.NEWS banka istinadla bildirir ki, bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU,ATU,ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.
Qeyd edək ki, ötən ilin dekabr ayında Şuşada olan “Bolmart” marketində bankomat və ödəniş terminalı yerləşdirilib.
Həmçinin,AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb, mağaza BirKart-ınpartnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə işğaldan azad olunan rayonlara getmək imkanı yaradılan kimi, taksit imkanından, “Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
• Maliyyə
Kapital Bank artıq Qubadlıda!

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Bələdiyyə sədri ittihamları qəbul etmir: Saxta arayışlarda imzam olmayıb
-
Bakıda narkotacir tutuldu - VİDEO
-
DYP son günlər tıxacların yaranmasının səbəbini açıqlayıb
-
"Türk Hava Yolları" ötən ili zərərlə başa vurub
-
Nigar Arpadarainin əvəzinə yeni təyinat oldu
-
Rayon rəhbəri döyüşçülərlə görüşdü
-
“PAŞA Holdinq”ə yaxın yeni şirkət yaradılıb
-
“Azərişıq” qəzaları dronlar vasitəsilə aşkar edəcək - VİDEO
-
İbrahimoviç ən az 10 gün yaşıl meydanlardan uzaq qalacaq
-
"8 Mart"da məktəblərdə pulyığılması ilə bağlı nazirlikdən açıqlama
-
Ərdoğan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı asanlaşdıran sazişi təsdiqlədi
-
Yaponiyanın ən yaşlı şahzadəsi xəstəxanalıq oldu