• Maliyyə

Azər Türk Bank əhalinin özünüməşğulluq proqramına dəstəyini davam etdirir

129
27-11-2020, 12:30

Dövlət bankı Azər Türk Bank ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluq proqramına Azərbaycan banklarının da dəstəyi barədə çağırışı ilə əlaqədar olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AR Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanmış müvafiq memorandumun icrası ilə əlaqədar fəal iş aparır.

Belə ki, Bank tərəfindən müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı qismində llk mərhələdə 16 fiziki şəxsə, onların biznes planlarına uyğun olaraq, lazımi aktivlərin təqdimatı başa çatdırılmışdır.

Hazırda ikinci mərhələyə start verilmiş, ehtiyacı olan, həssas qrupa aid 11 fiziki şəxs müəyyən edilmişdir. Bu şəxslərin öz işlərini qurması üçün nəzərdə tutulan avadanlıqlarla təminatı Azər Türk Bank tərəfindən həyata keçirilməkdədir və qısa müddətdə başa çatdırılacaqdır. Qeyd edək ki, aktivlər sahibkarlara təmannasız olaraq verilir.

Azər Türk Bank sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində fəaliyyətini davam etdirməkdədir.

Bankın məhsul və xidmətləri barədə məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

FACEBOOK ŞƏRH YAZ