• Kriminal • Hadisə

Lökbatanda ticarət mərkəzində oğurluq - 45 min manatlıq

96
15-07-2019, 15:29

Lökbatanda ticarət mərkəzində oğurluq edən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən BAKU.NEWS-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 1-dən iyulun 13-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən 44 500 manat dəyərində yuyucu toz oğurlamaqda şübhəli bilinən, həmin mağazada işləyən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.

FACEBOOK ŞƏRH YAZ