• Kriminal

 Dayə “Qəbələ”nin futbolçusunun evindən oğurluq edib? - Açıqlama

79
16-05-2019, 12:32

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının evi qarət edilib. Baku.News “Report”a istinadən xəbər verir ki, Ukraynalı qolkiperin yaşadığı mənzildən oğurluq olub.

Futbolçunun evindən 5 min ABŞ dollarının oğurlandığı bildirilib. Polisin araşdırması nəticəsində oğurluqda şübhəli bilinən N.M. saxlanılıb. Həmin qadın futbolçunun uşaqlarının dayəsi olub. “Qafqazinfo”ya açıqlama verən ukraynalı qolkiper isə məlumatı təkzib edib. O bildirib ki, yayılan xəbərlər yalandır və belə hadisə baş verməyib: “Bilmirəm bu xəbərləri hardan çıxarırlar. Belə bir şey baş verməyib”.

FACEBOOK ŞƏRH YAZ