• Kriminal

Suraxanıda məktəbdən 7500 manatlıq kompüter avadanlığı oğurlanıb

118
23-04-2019, 12:40

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən məktəblərdən birindən oğurluq edilib. Baku.News-un xəbərində görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məktəb rəhbərliyi Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək informatika otağından 7500 manat dəyərində kompüter avadanlığının oğurlandığını bildirib.

Qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, ifadəsində oğurluq etdiyini etiraf edib. Faktla bağlı bölmədə toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. H.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

FACEBOOK ŞƏRH YAZ