• Kriminal

Qusarda ağac kəsən şəxs cərimələnib

132
11-04-2019, 15:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Çiləgir kəndi ərazisində köküstə yaş müxtəlif cinsli 9 ağacın kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.

FACEBOOK ŞƏRH YAZ