• Kriminal

Zərdabda reyd keçirilib, 30-a yaxın sürücü cərimələnib - FOTO - VİDEO

160
9-04-2019, 16:53

Zərdab rayonunda nəqliyyat vasitələrinə qarşı reyd keçirilib. Baku.News yazır ki, "Report"un Mərkəzi Aran bürosu xəbər verir ki, tədbir Zərdab rayon Polis şöbəsi yol-patrul bölməsi, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları ilə birgə "Təmiz hava" aylığı çərçivəsində baş tutub.

Məqsəd ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində nəzarətin gücləndirilməsidir. Reyd nəqliyyat vasitələrindən atılan zərəli tullantıların atmosfer havasını çirkləndirməsinin qarşısını almaq və mühərriklərin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyənləşdimək məqsədi daşıyır. Eyni zamanda reyd baş verə biləcək hadisələrin qarşısını əvvəlcədən almaq və sürücüləri bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Bəzi sürücülər avtomobillərinin normal işlədiyini bildirərək yoxlamadan narazılıq edib və təkrarlanmasını istəyiblər. Bundan başqa, reyd zamanı qanunlara tabe olan və məhəl qoymayan sürücülərə də rast gəlinib. Nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan idarə edən və avtomobilə əlavə konstruksiya quraşdıran sürücülər də aşkarlanıb. Reyd zamanı 40-a yaxın avtomobil saxlanılıb, onlardan 30-a yaxınının sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

FACEBOOK ŞƏRH YAZ