• Kriminal

Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq edilib

210
8-04-2019, 15:21

Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq edilib. Xalq artisti Zülfiyyə Xanbabayevaya qarşı oğurluq edilib. Baku.News xəbər verir ki, ONA-nın əldə etdiyi xəbərə görə, müğənni faktla bağlı polisə müraciət edib.

Hadisəni törətməkdə təqsirləndirilən Şirinova Əntiqə Nəriman qızı saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, o, Z. Xanbabayevanın evindən qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin edilib.

ONA hadisənin təfərrüatlarını öyrənmək üçün müğənni ilə əlaqə saxlayıb. O, məlumatı təkzib edərək, bu barədə danışmaq istəmədiyini deyib.

FACEBOOK ŞƏRH YAZ