• Kriminal

Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

122
8-04-2019, 12:22

Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb. Baku.News xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb. Araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ