• Kriminal

Ərinin ölümündə təqsirləndirilən qadının cinayət işi icraata götürülüb

94
6-04-2019, 16:55

Ərinin ölümünə görə təqsirləndirilən Günər Mirzəyevanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti icraata götürülüb. Baku.News xəbər verir ki, Report"un xəbərinə görə, protest Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı yaxın günlərdə açaqlanacaq. Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan G.Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qanitirmədən dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Mirzəyeva ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsinə tövsif olunub. O, 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. G.Mirzəyeva həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib. Daha sonra prokurorluq kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə isə prokurorluğun şikayətini qismən təmin edib, qərar tamamilə ləğv olunub, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

FACEBOOK ŞƏRH YAZ