• Hadisə • Kriminal

Bakıda üç avtomobildən eyni vaxtda külli miqdarda oğurluq edildi

6 148
1-10-2019, 16:39

Ötən gün Azərbaycanın paytaxtında eyni vaxtda bir neçə avtomobil soyulub.

BAKU.NEWS xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsində 1966-cı il təvəllüdlü Cavad Məhərrəmova məxsus “Mercedes” markalı avtomobildən oğurluq edilib.

Cinayətkar avtomobilin yan şüşəsini sındıraraq 2800 manat və 1000 dollar (1700 manat) oğurlayıb. Oğurluq hadisəsi gecə törədilib.

Yasamal rayonunun Azərbaycan prospektində gecə saatlarında 1983-cü il təvəllüdlü Rüfət Yusibova məxsus “Saipa” markalı minik maşınından 1500 dollar (2500 manat) və 700 manat oğurlanıb.

Nərimanov rayonunda isə 1974-cü il təvəllüdlü Nəcəf Əsədovun “Toyota” markalı avtomobilindən oğurluq olub. Ziya Bünyadov prospektində naməlum şəraitdə avtomobildən 7000 manat pul oğurlanıb.

Hazırda göstərilən faktlarla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ