• Kriminal

Bakı-Ələt yolunda maşın aşdı, bir ailənin 4 üzvü yaralandı

207
23-03-2019, 16:40

Bu gün səhər Bakı-Ələt yolunda qəza baş verib. Baku.News yazır ki, Trend-in məlumatına görə, hadisə yolun Qaradağ rayon Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində olub.

Bakı istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və maşın aşıb.

Qəza nəticəsində xəsarət alanlar Təcili tibbi yardım briqadasının köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəsarət alanlar bir ailənin üzvləridir. Onlardan üçü müayinə olunaraq evə buraxılıb, 1954-cü il təvəllüdlü Həsənova Rəvşəndə isə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ortadır.
Xəsarət alanların hamısı Ağcabədi rayonunun sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ