• Kriminal

Bayılda 65 min manatlıq oğurluq edən şəxsin məhkəməsi başlayıb

73
19-03-2019, 12:45

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sərxan Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Baku.news-un "Report"-a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, S.Bayramov ötən il Svetlana Bayramovanın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63 400 manat dəyərində qızıl əşyalarını oğurlayıb.

FACEBOOK ŞƏRH YAZ