• Köşə

DEMOKRAT ƏBALI, İŞĞALÇI ZEHNİYYƏTLİ... – Əkbər QOŞALI yazır

214
4-06-2019, 17:20

Ötən ay (mayın 12-də) Ermənistanın öz havadarlarının hərbi-siyasi dəstəyi ilə Azərbaycana qarşı elan olunmamış müharibəsində (beynəlxalq səviyyədə qəbul edilmiş deyilişi ilə - “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”ndə) atəşkəs haqqında saziş əldə edilməsinin 25 ili tamam oldu.

25il! – bu, bir insan ömrüdür...! Əlbəttə, respublikamız o vaxt bu sazişi bağlayarkən, cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasının danışıqlar prosesinin intensivləşdirilməsi, sülh üçün əlverişli şərait yaradılması (və uzaq olmayan zaman kə-siyində müha¬ribənin siyasi yolla həllinə nail olunması) işinə kömək edəcəyini əsas götürürdü. Bu barədə dövlət xadimləri, fikir adamları, sahə mütəxəssisləri çox yazıb, çox deyib və biz də, o fikirlərə istinad edirik. Bu proseslər vaxtı, özəliklə, atəşkəsdən sonrakı illərdə dövriyyədə daha çox ATƏT-in Minsk Qrupu (özünün həmsədrlik instititu ilə) göründü. “Göründü” yerinə “rol oynadı”, “nəticələrə imza atdı” deyə bilmirəm, təəssüf ki... Təəssüf ki, istər ATƏT-in, istərsə də, digər beynəlxalq qurum və quruluşların çağırışlarına işğala məruz qalan tərəf daha təsirli cavablar verərkən, işağlçı “ərköyünlüyün”dən, quduzluğundan bir addım geri atmadı. 2016-cı ilin aprelində düşmənin növbəti təxribatlarının qarşısını alarkən əks-hücumla xeyli irəliləyən ordumuz bu dəfə də, vasitəçilərin çoxsaylı çağırışlarına biganə qalmadı, yenə sülh şansına, işğalçının özünə çəki-düzən verəcəyinə inandı... Və tarixə çox dalmadan, bugünə və bu yazının mətləbinə keçid alaq. Budur, ATƏT-in Minsk Qrupu həm¬sədrlərinin bölgəyə səfəri zamanı işğalçı Ermənistan ordusunun snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarov qətl edildi.

Nə baş verir? – İlk növədə, bu, işğalçının cəbhə bölgəsində, ümumən məsələ ətrafında hər-bi-siyasi durumu gər¬gin¬ləşdirmək, danışıqlar prosesinə əngəl yaratmağa xidmət edir. Bu xidmət isə öz növbəsində iki məqsədə hesablanmış ola bilər:

1.) 25 ildir davam edən, elan olunmamış müharibədə mövcud “status kvo”nu qoruyub saxlamaq;

2) Ermənistanın öz daxilindəki ictimi-siyasi təbəddülatları çölə daşımaq, Paşinyan haki-miyyətinin möhkəmlənməsi üçün əlavə imkan və zaman qazanmaq.

Bu yerdə onu da vurğulayaq ki, ola bilsin, belə bir fikrində yaşamaq haqqı olsun ki, yalnız Paşinyan hakimiyyəti deyil, İrəvandakı Qarabağ klanı da öncəbhəəki təxribatlarla öz oyun-larını oynaya, Paşinyan qarşısında möhkəmlənmək istəyə bilər.
Bütün hallarda, işğalçı Ermənistanın bu addım(lar)ı bir daha təsdiq edir ki, işğalçı ölkə elan olunmamış müharibənin həllində maraqlı deyil və onun sülhə can atmaq, atəşkəsə riayət etmək kimi bir dərdi, məsələsi yoxdur; işağlçı özünü sülhpərvər, birgəyaşayışa meyilli göstərəndə də, bunun bircə adı var: erməni bicliyi! Bu biclik beynəlxalq aləmi, tərəqqipərvər ictimaiyyəti aldatmaqçündür.

Nikol Paşinyan öz sələflərinin itirilmiş sülh im¬kanları baxımından yanlışlıqlarını təkrarlamaqda israr edəcəksə, bu, onun hakimiyyəti üçün (də) çox ciddi problemlərə gətirib çxıracaq. “Demokrat əbalı” görünüş işağlçı zehniyyəti ilə bir arada uzun müddət davam gətirməz...
Demək, terrorçu qafalı Köçəryan-Sərkisyan cütlüyü Paşinyandan daha “anlaşılan” idi – yəni, onlar biləvasitə işğalda iştirak etmişdilər, əlləri günahsız insanların qanına batmışdı, öz xalqına münasibətdə də “silah-sursat dili”ni tərcih edirdilər; Paşinyansa, guya demokratdır, amma işğal mövzusunda sələflərindən bir addım belə irəli getməzkən, ən yaxşı halda, yerində sayır.

Əlbəttə, sülh hamıya lazımdır, ancaq ilk növbədə Ermənistanın özünə, illərdir aldadılan erməni xalqına lazımdır; övladları heç vaxt onların olmayacaq torpaqlar uğrunda ölən və əməkləri heç şübhəsiz puç olacaq erməni analarına lazımdır. Ermənistan hakimiyyəti idrak etməlidir ki, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlərə, öz torpaqlarını qoruyan Azərbaycan hərbçilərinə qarşı törədilən cinayətlər qətiyyən cavabsız qalmayacaq! Düşmən hər belə hala görə ağır cavablar alacaq! – Necə deyərlər, “Başqa yolu yox artıq!”

Dünya birliyi, ilk növbədə Minsk Qrupunun həmsədri olan ölkələr işğalçının bu təxribatını birmənalı şəkildə pisləməlidir və iki ölkə arasında əsaslı, ciddi və həqiqi danışıqların tezliklə başlanmasına nail olmalıdır. Bütün dünya tərəfindən qəbul olunmayan “status-kvo” məhz işğalçı Ermənistana qarşı ciddi təzyiqlə dayişməli, ədalətli sülh sürəcinə və Ermənistanın hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasına yol açmalıdır.
Ermənistanın ağlı başında olan fikir adamları, ideoloqları, başbilənləri düşünməlidir: onlar əslində, qalib ədalı məğlublardır. – Sülh üçün, birgəyaşayış üçün neçə illər itiriblər, neçə ça-ğırışları qulaqardına vurublar və məhz... sülhün özünü uduzublar, sülhün özünü!
Sadə bir müqayisə ilə fikrimizi möhkəmlədək və yazını bitirək:

- Azərbaycan əhalisi Ermənistan əhalisindən 3,3 dəfə çoxdur, təbii ki, bu Silahlı qüv¬vələrin say tərkibində də, uyğun şəkildə ciddi fərqi ifadə edir;
-Azərbaycanın strateji valyuta ehtiyatları Ermənistanın strateji valyuta ehtiyatlarından 20 dəfə çoxdur;
-Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisa¬diyyatını 4 dəfə üstələyir ( -bu, hələ 2018-ci ilin sonuna olan rəsmi-statistik bilgilərə görədir, bu il bu üstələmənin daha da artacağı gözlənilir)...
-Azərbaycan dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait Ermənistanın ayırdığı hərbi xərclərdən qat-qat çoxdur;
-Azərbaycan milli müdafiə sənayesini, yerli istehsalı inkişaf etdirir, bununla yanaşı Er-mənistandan fərqli olaraq, bir çox ölkədən çağdaş silahlar əldə edə bilir;

-Ən əsası: Azərbaycanın işi haqq işidir, işğalçı Ermənistan hakimiyyətindən fərqli olaraq, Azərbaycan tərəfi öz torpaqları uğrunda mübarizə aparır, Azərbaycan övladları məhz öz torpaqlarımızı azad etmək uğrunda müqəddəs savaşın əsgərləridir!
Ordulardakı psixoloji-mənəvi durumun necəliyini xatırlamqçünsə 3 il öncənin aprelini, ha-belə ordumuzun ötən il Naxçıvanda həyata keçirdiyi uğurlu əməliyyatı xatırlatmaq ye¬tərlidir... Onlar qaçan əsgərlərin qarşısını kəsirdilərsə, biz oduya könüllü axınına ehtiyac ol¬madığını əsaslandırır, könüllüləri geri qaytarırdıq...

Azərbaycan Ordusunun mayoru Aqil Omarovun qisası əlbəttə alınacaq!
Şəhidlərimizin qanı, əlbəttə, alınacaq!
Əlbəttə, Şuşada Azərbaycan bayrağı dalğalanacaq!

FACEBOOK ŞƏRH YAZ