• Köşə

Əkbər QOŞALI- "İKİ ŞƏKİLİ"

868
11-08-2019, 08:29

Bəlli olduğu kimi, UNESKO-nun Ümumdünya İrs Komitəsinin ötən ay Bakıda keçi-rilən 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi.

Bundan öncə isə (2000-ci ildə) “İçəri şəhər memarlıq kompleksi”, (2007-ci ildə isə) “Qobustan dövlət tarixi-bədii qoruğu” UNESKO-nun Dünya İrs Siyahısına salınıb. Eyni zamanda ölkəmizin qeyri-maddi mədəni irsinin 13 örnəyi UNESKO-nun qeyri-maddi mədəni irs siya-hısında öz yerini alıb. Əlbəttə, Azərbaycan dövlətinin, şəxsən dövlət başçımızın, eləcə də, UNESKO və İSESKO-nun xöşməramlı səfiri Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun xətti ilə, şəxsi nüfuzu ilə uzun illər apardığı ardıcıl və prinsipial iş, eləcə də, Mədəniyyət nazirliyimizin bu sahədə çalışmaları minnətdarlıqla vurğulanmalı, şükranlıqla qeyd olunamlıdır.
Adıçəkilən mədəniyyət örnəkləri Azərbaycanın milli-mədəni dəyərləri içərisində özünəxas yer tutmaqla yanaşı, respublikamızdakı önəmli turizm obyektlərindən hesab olunur.

Şəki – kənd adıdır,
Şəki – rayon adıdır,
Şəki – şəhər adıdır!
Şəki – tarixdir,
Şəki – çağdaşlıqdır!
Şəki bir dünya irsidir!

Heş şübhəsiz, başqa yazarlarımız da, biz də, UNESKO-nun Şəki qərarına münasibətdə tu-rizm baxımından geniş izahlar verə bilərik, zatən belə izahlar mediada yetərincə yayımlanıb da; ancaq Şəkini Şəki edən uluların ehtiramını, Şəkili olmanın övlad məsuliyyətini dərindən idrak edən insanlar, Şəki kaloritinin, Azərbaycan mədəniyyətinin usta daşıyıcısı olan, onu təbliğ edən, yayan aydınlarımız da, onların çalışmaları da qeyd edilməlidir. Bu işi bilavasitə vəzifə öhdəliyi olaraq, turizmçi olaraq, yaxud deyək ki, diplomat olaraq peşəkarlıqla görmək sayğıya layiqdir; bu işi, necə deyərlər, könüllü etmək, içindən gələn istəklə Vətən və vətən-daşlıq yolunda yürüməksə, başqa bir gözəllikdir.

Sizə iki Şəkilidən söz açmaq istəyirəm. İkisi də deputatdır. – Biri Azərbaycan Milli Məc-lisinin, o biri uzaqdakı qardaşımız Saxa (Yakutiya) Respublikasının Dövlət Yığıncağı – İl Tümenin üzvüdür. İkisi də xeyirxah insandır. İkisi də məşğul olduqları işlərlə ürəklə məşğul olub və uğurlar qazanıb! – Fəlsəfə doktoru Cavanşir Feyziyev və Əməkdar inşaatçı Əliş Məmmədovdan söz açacam bu gün sizə. Eynigüclə Cavanşir müəllimə də inşaatçı, Əliş müəllimə də fəlsəfə doktoru deyə bilərik: Cavanşir müəllim könüllərdə yuva quran, xoş-məramlı münasibətlər inşa edən yaxud onu möhkəmləndirən aydınımızdır; Əliş müəllim idarəetmənin fəlsəfəsini dərindən bilən, uzun illərdir uzaq ellərdə böyük kollektivə yalnız müdirlik etməyən, müdriklik edən, öyrədən, dəstək duran, könüllər qazanan aydınımızdır.

***
Cavanşir müəllimi daha çox “Türk dövlətləri birliyi” monoqrafiyası ilə tanıdım. Sonra şəxsən tanış olmaq fürsətim oldu. Gördüm, bir-birimizi tanımasaq da, biz eyni davanın adamlarıyıq. Millət vəkili, tanınmış ictimai xadim, türkoloq, poliqlot və Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi onun yazıları, çıxışları, səfərləri ən ümumi sözlərlə ifadə etsək, eyni qut yolun yolçusu olduğumuzu göstərirdi zatən. Bununla belə, daha yaxından tanışlıq, onun çox-şaxəli çalışmalar, qayğılar içindən işıq seli kimi sıyrılan alovlu ürəyini görməyə imkan verdi. Bəli, türk dünyası üçün atılan addımlar Cavanşir müəllimin ürəyinə, Tovuzlular demiş, sarı yağ kimi yayılır; onu daha da qanadlandırır.
Titulları, təltifləri onun təvazökarlığını, nəcib duyğularını zərrə qədər zədələməyib. (Bilirsiz, gizlətməyin yeri deyil, bir xeyli adam adı çəkə bilərik, vəzifə pilləsində bir balaca irəliləyən kimi, imkanları azca artan kimi gözü ayağının altını görmədi və bizlər də, be-lələrinin üzünü görmədikdə daha çox şad olmaq şansını qaçırmadıq, kamali-ədəblə nöm-rələrini telefonumuzdan, arkadaşlıqlarını sosial media hesablarımızdan silmək hüququ əldə etdik. Gəlin belə “ortababdan da ortabab qəlb kapasitəli tip”lərə çox yer verib də, könlümüzü qatılaşdırmayaq.) Cavanşir müəllim millət vəkilliyinin, alimliyin, geniş əlaqələrə malik olmağın şərtləndirdiyi mövqedə ləyaqətlə dayandığını, ilk növbədə, könül imkanlarına sahib olduğunu göstərən aydınlarımızdandır.
Adam var, süfrəsində oturduğuna peşman olarsan, tikan üstəsənmiş kimi, “bu zülm bir an öncə bitsin” deyib, sağollaşmaq istəyərsən; Cavanşir müəllim kimi aydınların süfrəsisə hər halı ilə könül süfrəsidir, könül süfrəsidir..!
Cavanşir müəllim bir qədər öncə adını çəkdiyim monoqrafiyadan sonra, daha əhatəli bir əsərlə yenidən könüllərə xitab etdi: bu, “Türk dünyası” beşcildliyidir! Beşcildliyədək öncəki əsərinin qardaş xalqların dillərinə uyğunlaşdırıldığını, boşnakca və ruscaya çevrildiyini də vurğulayaraq, deyək ki, yaşının, təcrübəsinin yetkin çağından sonra, əlbəttə, Cavanşir mü-əllimdən başqa yönlü bir araşdırma deyil, sabitəqədəmlik örnəyi olaraq, məhz türk dünyası ilə bağlı əsərlər gözləyirdik. Bununla belə, beşcildlik bir insandan daha çox bir institutun işi miqyasındadır.
Xalqlararası Türk Akademiyasının, qardaş ölkələrin nüfuzlu elm, təhsil ocaqlarının Azər-baycan parlament üzvünün kitablarına məhəbbət dolu münasibət sərgiləməsindən, təqdimatlar, müzakirələr keçirməsindənsə, ayrı bir məmnunluğumuz var.

Türk dünyasından ən çox qonağı olanlardan biri bu sətirlərin yazarı olar yəqin və Cavanşir müəllim hər dəfə o qonaqlara vaxt ayırar, diqqət göstərər, qonaqların doğrudan-doğruya qonaqlıqdan çıxıb, öz ölkələrindəki kimi, könül rahatlığı qazanmasına nail olar. Hər belə görüşdən yeni bir təşəbbüs çıxınca, o təşəbbüsü gerçək müstəvi üzərinə keçirən, ürək-dirək verən aydınalrımızdandır Cavanşir müəllim.
Bu yaxınlardasa, Cavanşir müəllimin dəvəti ilə 14 Qırğız yeni nəsil yazarı respublikamızda oldu. Qırğızlar da, biz yerli iştirakçılar da, unudulmaz günlər yaşadıq. Qırğız yazarları Bişkekə döndükdən sonra, qısa müddət içində, bəlkə bir il ərzindəki qədər radio, teleçıxışlar etdi, canlı yayımlarda bulundu, mətbu yazılar yayımladı və s.

Cavanşir müəllim haqqında yığcam şəkildə bu bilgiləri də paylaşmaq istərdim:
-2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi dərginin təsisçisi və baş redaktorudur;
-“Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir;
-2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür;
-2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azər-baycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib;
-2015-ci ildə Kolmar ( Fransa) şəhərinin Fəxri Elçisi elan olunub;
-2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Eləcə də,
-2005-ci ildə Avropa Biznes Assambleyası (London, Oksford) tərəfindən “Şöhrət çələngi” xalqlararası ödülü ilə təltif edilib;
-2010-cu ildə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsində fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə “Uğur” Milli ödülünə layiq görülüb;
-2016-cı ildə Xalqlararası Türk Akademiyasının qızıl medalı ilə təltif olunub;
-2016-cı ildə Qazaxstan Prezidentinin Fərmanı ilə “Qazaxstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi” medalı ilə təltif olunub;
-2018-ci ildə İLESAM tərəfindən “Türk Dünyasının Şərəf medalı” ilə təltif olunub;
-2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin medalı ilə təltif olunub;
-2019-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edilib;
- 9 iyul 2019-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən “Azərbayxan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı ilə təltif edilib;
- 15 iyul 2019-cu ildə isə Qırğız Milli Yazıçılar Birliyinin “Xidmətlərə görə” medalı ilə təltif olunub...
Heç şübhəsiz, hələ hamısını salamadığımız bu uğurlar, təltiflər öz-özünə qazanılmır. Bu-nunçün gərgin əmək, vətənsevərlik, xeyirxahlıq, intellekt, sevdiyi işə fədakarcasına yanaş¬ma olmalıdır!

***
Əliş Məmmədovla uzaq Saxada tanışımışam – 2017-ci ilin payızında. Saxanın payızı da qış kimidir. Ancaq o uzaq coğrafiyadakı, o soyuq iqlimin şirin Şəki ləhcəsi ilə isinəcəyini heç düşünməzdim. Bir anda paytaxt Bakıda, kaloritli Şəkidəymişəm kimi gəldi mənə.
2017-ci ildə Saxaya ilk səfərim Saxa Yazıçılar Birliyinin “Böyük qarın lütfü” adlı ədəbiyyat festivalına dəvəti ilə bağlı idi. Festivala ayrı-ayrı ölkələrdən, o cümlədən Rusiya Federasiyası subyektlərindən xeyli gələn vardı. Təsəvvür edin, onlardan məhz mənim ar-dımca xüsusi maşın gəldi, məhz bizim Saxadakı diaspor təşkilatımız görüş təşkil etdi və Saxadakı soydaşlarımız bəndənizə qürur hissi yaşatdı. Saxadakı diaspor təşkilatımızın o zamankı başqanı Elxan Nadiroğlu özü şəxsən gəlmişdi festival yerinə və ordan müəyyən müddətə ayrılıb, soydaşlarımızın bir araya gəldiyi qərargaha getdik; o soyuq günlər, o soyuq coğrafiya bir otaqdan bir şəhərədək dalğa-dalğa isindi sanki: öz bayrağımız, öz danışığımız, öz mətbəximiz, öz, öz... Qardaş qardaş olsa da, o uzaqlarda, o soyuqlarda bir köynək daha yaxın nəfəs duymaq ayrı bir gözəllikdi, əlbəttə!
Eldar Nadiroğlu ilə söhbətin şirin yerində, ona zəng gəldi, dedi “ağsaqqaldı, bizi gözləyir”. Açığı, mən elə bilirdim, elə qəragrahdanca festival yoldaşlarımızn yanına qayıdaram; sən demə, Elxan müəllimlə danışan Saxada böyük nüfuz sahibi olan ictimai-siyasi xadim Əliş Zabid oğlu Məmmədov imiş; festivala doğma Vətəndən gələn olduğunu eşidib, deyib, mütləq görüşməliyik.
Şəhərin ən adlı-sanlı restoranına getdik. Əliş müəllimi ilk gördüyüm andan hər halı ilə Şəkili olduğunu hiss etdim. – İstiqanlı, şirin danışıqlı, səmimi, sanki illərin tanışı, dostuy-muşuq kimi xoş rəftarlı... Çox xoş idi! Təkrar edirəm, uzaq və soyuq coğrafiyada bu isti görüşün dadı-tamı başqaydı! Soydaşlarımızla görüş olmasaydı, Saxaya səfərim yar-yarımçıq olacaqmış! Eynən Cavanşir müəllimin haqqında dediyim kimi, Əliş müəllimin süfrəsində oturduq – könül süfrəsi idi; söhbət etdik – cana¬yaxın, səmimiydi. – Deputat nişanından, Sa-xanın ən böyük sement zavodunun direktorluğundan rahat bir şəkildə sadə azərbaycanlı, is-tiqanlı soydaş “faza”sına keçən – keçən yox, ey, elə böyüklüyü sadəliyində olan bir ay-dınımızdan danışıram!
Əliş müəllim süfrə arxasına bir neçə başqa soydaşımızı da çağırmışdı; soydaşlarımız Saxada gördükləri işlər barədə danışdı, Saxa–Azərbaycan əlaqələrinin güclənməsi sahəsində həyata keçirilən işlərdən söz açdı. Örnəyi, dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin saxa türkcəsində, dövlət teatrında tamaşaya qoyulmasını dedilər.
Bütün işlərdə də Əliş Məmmədov adı, Əliş Məmmədov dəstəyi, məhəbbəti..!
Sonra, qarşı dönəmin mədəniyyətyönümlü planlarından danışdıq. Mən Saxa şairlərinin seçmə şeirlərinin Azərbaycancaya çevrilərək, Bakıda, Azərbaycan yazarlarının əsərlərinin saxa türkcəsində Yakutskda nəşr edilməsi, Saxa yazarlarının Azərbaycana səfərlərinin təşkili və s. barədə təşəbbüs qaldırdım və yenə Əliş müəllim, yenə Əliş müəllim və yenə gerçəkçi ürək-dirək!..
Bəli, 2017-ci ildə, bir soyuq gündəki isti tanışlıq, ilk görüşdə etdiyimiz isti söhbətlər unu-dulmazdı və o günkü planların hamısı yerinə yetirilməkdədir. Tanrıya şükür, mən və dost-larım Xalq şairi Natalya Xarlampyevanın, repressiya qurbanı olan Saxa ədəbiyyatı klassiki Platon Oyunskinin əsərlərini dilimizə çevirdik, nəfis şəkildə kitablaşdırdıq, təqdimatlar təşkil etdik. Ötən müddət ərzində Saxanın üç ədibi bizim dəvətimizlə respublikamızda oldu, burdan yaxşı təəssüratlarla qayıtdı; bu sətirlərin yazarı və Aida xanım Eyvazlı bu ilin iyun ayında dolu-dolu proqramla Saxada olduq, yüksək qonaqpərvərliklə qarşılandıq. – Deyərdim, dövlət protokolu səviyyəsində qəbul gördük. Əlbəttə, yenə Əliş Məmmədov, yenə Əliş Məmmədov sayəsində!
Təsadüfi deyil ki, Əliş Məmmədov bu ilin əvvəlində, Saxalı yazaralr tərəfindən “İlin ədə-biyyat himayəçisi” seçildi.
Hörmətli soydaşımızla hara gedirdiksə, addımabir mötəbər dostları, sıravi tanışları, yax-şılıq etdiyi insanlar... qarşımıza çıxırdı; hamısı da, “Əliş Zabidoqlı” deyə müraciət edir, eh-tiram göstərirdi. Saxalı qardaşlarımızın milli bayramı münasibəti ilə düzənlənən dövlət tədbirində soydaşımızın başımızı buludlara dəydirəcək qədər ad-sanını, hörmətlini görmək bam-başqa bir gözəllik oldu!
Əliş müəllimin əl tutduğu ailələr var ki, minnətdarlıq əlaməti olaraq, övladlarına Əliş adı qoyub yaxud “adını siz qoyun” deyiblər. Çox xoşdur, çox gözəldir, deyilmi?

Əliş müəllim bizi öz iş yerinə də dəvət etdi, qapısının üzərindəki Əliş Zabid oğlu Məm-mədov yazılmış lövhəni göstərib, “mənə “niyə “oğlu” yazmısan?” deyə sual edirlər, mən də deyirəm, “bəs “qızı”mı yazmalıydım”?..” – deyə, gülür. – Əlbəttə, biz başa düşürük ki, irad-zadələr “oqlı” (“oğlu”) yox, “oviç” yazmalı olduğunu eyham edir, Əliş müəllimsə əsil Şəkili cavabı ilə həll edir “məsələ”ni...
Əliş müəllim bizi Lena seyrinə apardı, “Lena dirəkləri” deyilən kanyon boyu gəziyə çıxardı, balıq keyfi yaşatdı – bu öz yerində; bir də, yeddi arxa dönənindən şaman olan nüfuzlu bir Saxalı ilə tanışdırdı, o da bizi deyib, yüz bir rəngli, gümüş süsləri zanqıldayan pal¬tarını geydi, şaman duası oxudu, ayin icra etdi; hər ikisi sağ olsun!

Əliş müəllimi bir az daha yaxından tanıyaq:
-10 fevral 1958-ci ildə Şəkinin Oraban kəndində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universitetinin) məzunudur (1979).
-Əmək fəaliyyətinə “YakutPromStroyMaterial”da (“ЯкутПромСтройМатериал”) başlayıb. Keçmiş Sovet ordusunda hərbi xidmətdən sonra yenidən Saxaya dönən Ə.Məmmədov, tikinti sektorunda müxtəlif vəzifələrdə çalışıb. 1989-cu ildən isə "YakutSement"in baş direk-torudur.
-Xalqlararası İnşaat Akademiyasının müxbir üzvü olan Ə.Məmmədov, Saxa (Yakutiya) Respublikasının Əməkdar inşaatçısıdır. Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə layiq görülüb. Saxa (Yakutiya) Respublikasında xeyriyyəçi kimi geniş şöhrət qazanıb.
-Saxa (Yakutiya) Respublikasının Fəxri vətəndaşıdır;
-Saxa Dövlət Məclisi – İl Tümenə keçirilən IV, V və VI seçkilərdə deputat seçilib. (Soy-daşımız ötən ilin 9 sentyabrında keçirilən seçkilərdə rəqiblərinə çox böyük fərqlə qalib gə-lərək, 3-cü dəfə Saxa Dövlət Məclisinin - İl Tümenin üzvü seçilib. Onun topladığı səs faizi (89,2%, 25 saylı Xanqalasskiy Uulusu üzrə Seçki Dairəsi) Saxada ən yüksək göstəricilərdən biriydi.)
-Azərbaycanımızın adını həmişə uca tutan, Saxadakı diasporumuzun təşkilatlanmasında, uzaqdakı qardaş ölkə ilə Azərbaycan arasında ictimai-mədəni ilişkilərin güclənməsində, ha-belə saxalılara Azərbaycan mədəniyyətini tanıtmaq sahəsində onun böyük xidmətləri var və bu xidmətlər azalmadan davam edir.

***
Yuxarıda, vurğuladıq ki, Cavanşir müəllim Bakıya gələn türk dünyası aydınları ilə görüşür; Əliş müəllim də, türk dünyası ünvanlı bir toplantımız olan kimi, Saxadan çağrığımız varmı? – deyə sual edir, təkliflər verir.
Türk dünyası ünvanlı layihələrlə dərindən ilgilənən, barələrində “iki Şəkili” deyə sözə baş-ladığımız hər iki aydınımız artıq çoxdan iki Azərbaycanlı, iki Türk dünyalıdır! Var olsunlar!
Başqa bir Şəkili, Azərbaycanlı və Türk dünyalı Xalq şairi Bəxtiyar Vahabzadə deyirdi: “Millət millət olur, xeyri-şəriylə”... Xeyirdə-şərdə gənclərin, yazarların, soydaşlarının ya¬nında olan aydın¬larımıza bir daha könül dolusu salam-sayğılar!
Başqa bir Xalq şairimiz, rəhmətlik Cabir Novruz nə deyirdi? – Deyirdi:

“...Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.”

İki YAXŞI İNSANa, bir-biri ilə dost olan iki aydınımıza bir yazı həsr etdim. Layiq olduq-ları qədər yaza bilmədim(sə), bağışlasınlar...

FACEBOOK ŞƏRH YAZ