• İqtisadiyyat

"MilliÖN"də "Azercell" ödənişlər bərpa olundu

647
12-11-2020, 09:52

"Komtec" şirkəti "MilliÖN" terminallarında "Azercell" mobil rabitə operatorunun xidmətləri üzrə ödənişləri bərpa edib.

BAKU.NEWS bildirir ki, bunu "APA-Economics"ə şirkətin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.

Onun sözlərinə görə, abunəçilər operatorun xidmət haqlarını "MilliÖN"ün mobil əlavə və veb-səhifəsi vasitəsilə də ödəyə bilər.

Qeyd edək ki, mobil operatorun xidmətləri üzrə ödənişlər "MilliÖN" terminallarında bu ilin avqust ayında dayandırılmışdır. Tərəflər arasında aparılan danışıqlar və qarşılıqlı razılıq əldə olunacağı təqdirdə xidmətin bərpa olunacağı bildirilirdi.

Ölkənin müxtəlif regionlarında "MilliÖN" terminallarının bu seqment üzrə ən çox yayılan ödəmə vasitəsi olduğunu nəzərə alaraq, vətəndaşlar tərəfindən şirkətə xidmətin bərpası ilə bağlı çoxsaylı müraciətlər daxil olurdu.

Xatırladaq ki, hazırda ölkə üzrə "MilliÖN" ödəmə terminallarının sayı 3 minə yaxındır və bu qurğuların sayının artırılması nəzərdə tutulur.

FACEBOOK ŞƏRH YAZ