Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür.
BAKU.NEWS bildirir ki, ölkənin həmrəylik, birlik siyasətini hər zaman yüksək səviyyədə dəstəkləyən və aşılayan “Günay sığorta” şirkəti hava şəraitini nəzərə alaraq əsgərlərimizə onları yağışdan və soyuqdan qoruyan 1000 ədəd hərbi yataq dəstindən ibarət çanta göndərib.
Məğlub vəziyyətə düşən Ermənistan mülki əhaliyə və obyektlərə hücum edir. Şirkət tərəfindən Bərdə şəhərində məskunlaşan bu insanlıq cinayətinin şahidi olan 70 ailəyə ərzaq yardımı edilib.
“Günay sığorta” şirkəti könüllülər və çağırışçılar sırasında olan əməkdaşlarının ailələrinə maddi yardım edib. "Günay Sığorta" həyata keçirdiyi təşəbbüslərlə ordunun, xalqın və dövlətin yanında olduğunu ifadə edir.
Şirkət bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək, vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza yardım göstərəcək.
• İqtisadiyyat
“Günay Sığorta” Orduya 1000 ədəd hərbi yataq dəsti göndərdi

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Azər Həsənsoy: "Operativ Qərargah "operativ" adını doğrultmur"
-
Tramp Ağ Evlə vidalaşdı - VİDEO
-
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəldi - VİDEO
-
Daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb
-
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir - FOTOREPORTAJ
-
Kəlbəcərin icra başçısı 20 Yanvar şəhidinin ailəsini ziyarət edib
-
“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan
-
Prezident Administrasiyasının nümayəndəsi REAL-ın qərargahında
-
"Günay Sığorta" nizamnamə kapitalını 7% artırır
-
“Qorbaçov cəzasını almalıdır” - Allahşükür Paşazadə
-
20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub - VİDEO
-
3200-dən çox şəxsə sosial-psixoloji dəstək göstərilib - FOTOLAR