• İqtisadiyyat

Sığorta xidmətləri onlayn qaydada göstərilir

177
3-04-2020, 18:22

Sığorta mütəxəssisi Nicat Əlibəyli yeni növ koronavirusla (COVID-19) əlaqədar olaraq, yaranmış vəziyyətdə sığorta xidmətlərinin göstərilməsi barədə məlumat verib və vətəndaşlara müraciət edib.

Nicat Əlibəyli BAKU.NEWS-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə dövlət başçısının rəhbərliyi altında COVID-19 infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə mühüm tədbirlər görülməkdədir. Bu istiqamətdə atılan addımlar və qəbul edilən qərarlara ciddi yanaşmaq, beynəlxalq və yerli qurumların göstərişlərinə əməl etmək son dərəcə önəmlidir.

Son aylarda bütün dünyaya sürətlə yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsini nəzərə alaraq, ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə sosial həmrəylik nümayiş etdirməyin tam zamanıdır.

Ekspertin sözlərinə görə, yaranmış qlobal təhlükə ilə mübarizə tədbirlərinə uyğun olaraq, bir çox sahələrdə olduğu kimi, sığorta sektorunda da müştərilərə onlayn xidmətlərin göstərilməsi aktualdır. Belə ki, hazırda avtomobillərin icbari sığortasının onlayn qaydada yazılması və ödənilməsi də mümkündür. Bu mənada xəstəliyin yayılma riskinin azaldılması məqsədilə sürücülərdən xahiş olunur ki, zərurət yarandığı təqdirdə heç bir yerə getmədən, heç kimə müraciət etmədən avtomobillərinə sığortanı da onlayn qaydada alsınlar. Onlar www.dostsigorta.az saytına daxil olaraq, avtomobillərini onlayn platformada sığortalaya bilər, plastik ödəniş kartı və ya “MilliÖn” terminalları vasitəsilə ödəniş edə bilərlər. www.dostsigorta.az saytının əlaqə nömrələrinə zəng vuraraq daha ətraflı məlumat əldə etmək olar.

Sonda isə bir daha vətəndaşlara müraciət edərək, onları ciddi ehtiyac olmadıqca küçəyə çıxmamağa, evdə qalaraq özünütəcrid tədbirlərinin qaydalarına əməl etməyə çağırıram.

Düşünürəm ki, hər bir vətəndaş öz sosial məsuliyyətini dərk etməli, yalnız öz ailəsi və doğmaları üçün deyil, bütövlükdə cəmiyyət və dünyanın gələcəyi naminə bütün tələblərə riayət etməlidir.

FACEBOOK ŞƏRH YAZ