• İqtisadiyyat

Bal yarmarkasında AQTA tərəfindən 3241 nümunə götürülüb

7 044
21-10-2019, 17:48

"Bal yarmarkasına təqdim etmək üçün anbara 127,5 ton bal və 8,6 ton arı şanı olmaqla 136,1 ton arıçılıq məhsulu qəbul edilib. AQTA tərəfindən 3241 nümunə götürülüb və laboratoriyada yoxlanılıb".

BAKU.NEWS xəbər verir ki, bu barədə jurnalsitlərə "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin Sədri Leyla Məmmədova məlumat verib.

O bildirib ki, qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa buraxılıb. Yarmarka müddətində ümumilikdə 109,7 ton arıçılıq məhsulundan 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib.

Bu il ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən yarmarkanın təşkili və müştəri məmnunluğu səviyyəsini müəyyənləşdirmək məqsədilə alıcılar və satıcılar arasında rəy sorğusu keçirilib.

Belə ki, bal yarmarkasında iştirak edən ölkənin müxtəlif rayonlarından olan 290 fermer arasında sorğu aparılıb. Sorğuda iştirak edənlərin 95,52%-ni kişilər, 4,48%-ni qadınlar təşkil edib. Sorğuya cəlb olun satıcıların 94,48%-i yarmarkanın yüksək səviyyədə təşkil olunduğunu bildirib, respondentlərin yalnız 5,52%-i yarmarkanın təşkilindən qismən razı qaldıqlarını bəyan ediblər.

FACEBOOK ŞƏRH YAZ